Ötən gün ərzində 10 minə yaxın insan koronavirusun qurbanı oldu

Ötən gün ərzində dünyada daha 71 839 nəfər koronavirusa yoluxub, 9797 insan isə xəstəliyin qurbanı olub. “RİA Novosti” xəbər verir ki, beləliklə dünyada ümumi olaraq 3 090 445 nəfər xəstəliyə yoluxub, 217 769 insan isə onunla mübarizədə məğlub olub. Hal-hazırda...

Ötən gün ərzində 10 minə yaxın insan koronavirusun qurbanı oldu

Ötən gün ərzində dünyada daha 71 839 nəfər koronavirusa yoluxub, 9797 insan isə xəstəliyin qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, beləliklə dünyada ümumi olaraq 3 090 445 nəfər xəstəliyə yoluxub, 217 769 insan isə onunla mübarizədə məğlub olub.

Hal-hazırda ən çox yoluxma halı Avropada qeydə alınıb.  Burada ümumi olaraq 1 434 649 nəfərdə koronavirus təsbit edilib.