Ötən il ASAN-la bağlı 110 mindən çox material dərc olunub

Prezident yanında Vətəndaşlar Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərin fəaliyyəti barədə il ərzində kütləvi informasiya vasitələri (KİV) və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqat işləri davam etdirilib.

"Report" xəbər verir ki, Dövlət Agentliyinin və mərkəzlərin fəaliyyəti ilə bağlı KİV-də110 000-dən çox yazılı,5 100-dən çox video məlumat yayımlanıb. ;

Mütəmadi olaraq xüsusi proqramlar hazırlanıb,250-yə yaxın press-reliz göndərilib, təşkil edilmiş 80-dən çox tədbirin hər birində 30-dan çox KİV nümayəndəsinin iştirakı təmin olunub.