Otuz ildir kimsəsiz uşaqlar pedofillərə verilirmiş — Dəhşətli təcrübənin DETALLARI

“Ölkə.Az” DW.com istinadən xəbər verir ki, bu təcrübəyə görə kimsəsiz uşaqlar pedofillərə övladlığa verilirdi. Kentler adlanan layihə 70-ci illərdən başlayaraq təxminən 30 il mövcud olub. ;Bu təcrübə nəticəsində xoşbəxt ailələrin çoxalacağı güman edilirdi.

Otuz ildir kimsəsiz uşaqlar pedofillərə verilirmiş — Dəhşətli təcrübənin DETALLARI

Təcrübənin müəllifi Helmut Kentler pedofillərin ;yaxşı valideynlərə çevrilə biləcəyinə inanırdı. Bundan əlavə, o, böyüklər və uşaqlar arasında cinsi əlaqənin zərərsiz olduğuna inanırdı.

Belə pedofil ataların hətta uşaq baxımı üçün müavinət aldığı qeyd olunur. Üstəlik, onların arasında görkəmli elm adamları da var idi.

"Təcrübə" nin ilk qurbanları haqqında bir neçə il əvvəl məlum olub. Onlar başlarına gələnləri danışdıqdan sonra Hildesheim Universitetinin tədqiqatçıları sənədləri araşdırmağa və müsahibələr aparmağa başladılar. Bu təcrübənin Berlin Senatında dəstəkləndiyi ortaya çıxdı.

Şok məlumatlar yayıldıqdan sonra Berlin hakimiyyəti bu hadisəyə tezliklə aydınlıq gətirəcəyini vəd edib. Gənclər və Uşaqlar üzrə Senator Sandra Şerlər araşdırmanın nəticələrini "dəhşətli" adlandırıb.

Ölkə.Az