Home Kriminal Övladını suda boğduqdan sonra yandıran qadın həbs edilmədi – VİDEO

Övladını suda boğduqdan sonra yandıran qadın həbs edilmədi – VİDEO

220
0

Cənubi Uelsdə dörd yaşlı qızını “qurban vermək” naminə əvvəlcə suda boğan, sonra isə yandıran qadın ruhi xəstə olduğu üçün həbs edilməyib.

PEYK.Az oxu.az-a istinadən xəbər verir ki, 38 yaşlı Karli An Harris qızı Ameliyanı evində qətlə yetirib.

O, əsəb pozğunluğundan əziyyət çəkib və bu əməllə dünyanı xilas edəcəyinə inanıb.

Qatili müayinə edən psixiatrlar onun paranoik şizofreniya xəstəsi olduğunu müəyyən ediblər və bundan sonra məhkəmə “xüsusi” qərar çıxarmalı olub.

Kiçik Ameliyanın kağıza bükülmüş cəsədini onun böyük qardaşı bağçadakı masanın üzərində tapıb. Onun qışqırıq səslərini eşidən yerli sakinlər hadisə yerinə gəliblər. Qonşulardan biri Harrisi bağçanın önündə özünü itirmiş halda dayandığını görüb və bu zaman Harris ona “Tanrı onunla olacaq. Mələklər onu götürdülər” deyib.

Sonra qonşular polisə zəng ediblər. Hadisə yerinə gələn polis əməkdaşlarına Harris “Bunu etməyimi mənə mələklər dedi, məni həbs edin” deyib.

Harrisin kiçik miqdarda amfetamin qəbul etdiyi məlum olub, lakin ekspertlərin rəyinə görə, o, narkotik maddələr üzündən psixi xəstəliyə düçar olmayıb.

Psixiatr Arden Tomisonun bildirdiyinə görə, Harris övladını qətlə yetirərək dünyanı xilas edəcəyinə, Tanrı təfərindən sınağa çəkildiyinə və Tanrının qızını ona geri qaytaracağına inanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here