Övladlığa götürülmə ilə bağlı qaydalar dəyişdi

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrə

Övladlığa götürülmə ilə bağlı qaydalar dəyişdi

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilib.

"Peyk.AZ"nun məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndinə müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminə ötürüləcək.

Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürüləcək.