Pərviz Bülbülə:

Prodüser Tolik canlı yayımda Pərvizdən "Türkana sənətdə qadağa qoyursan?", – deyə soruşub.

Yenicag.az xəbər verir ki, sualdan qıcıqlanan meyxanaçı duet ortağı Türkan Vəlizadəyə qadağa qoymadığını bildirib:

 

"Biz ancaq məclisdən-məclisə görüşürük. Onun şəxsi həyatıma heç bir dəxli yoxdur. Adam axırda özü bezib gedəcək. Türkana ata-anası qadağa qoya bilər. Necə ki, mənə valideynlərim qadağa qoyur. Bəyəm Türkanın ağlı yoxdur ki, ona nəsə deyim? Biz sənət dostuyuq".

Türkan duet ortağının müdafiəsinə qalxıb: "Mən Pərviz məktəbi keçmişəm".

Xəzər TV-nin "Hər şey daxil" verilişindən olan görüntüləri təqdim edirik: