Pakistanda qırıcı qəzaya uğradı: iki pilot öldü

Pakistanın Pəncab əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus F-7PG qırıcısı qəzaya uğrayıb.

Pakistanda qırıcı qəzaya uğradı: iki pilot öldü
https://peyk.az

Peyk.az xəbər verir ki, qəza nəticəsində hər iki pilot həlak olub.

Təyyarənin təlim uçuşu keçirdiyi bildirilib.

Hadisənin səbəbləri Pakistan Müdafiə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır.