“Palmali Holding müflis elan edilib

"Ölkə.Az" “report”a istinadən xəbər verir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var.

“Palmali Holding müflis elan edilib

Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu olan bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda, dünya miqyasında Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Ölkə.Az

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bunu Moskva Dövlət Tibb Universitenin professoru Andrey Demin deyib.

O, Uhan xəstəxanasının statistikasına istinad edib. Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaqda, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında pozuntular, həmçinin dəri təzahürləri müşahidə olunur.

Demin əlavə edib ki, bəzi hallarda xəstələrdə infeksiyanın klinik təzahürləri olmasa da, immun sisteminin, qaraciyər, böyrəklər və digər orqanların funksiyası dəyişir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-ün məlumatına görə, dünyada koronavirusa 5 817 385 yoluxma və 362 705 ölüm qeydə alınıb.

Ölkə.Az

"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib: "Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir".

M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: "Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır".