Pandemiya zamanı immuniteti belə gücləndirin: Yalnız 3 qayda

Güclü immun sistemi koronavirus pandemiyası zamanı ən əsas şərtdir.

Pandemiya zamanı immuniteti belə gücləndirin: Yalnız 3 qayda

Güclü immun sistemi koronavirus pandemiyası zamanı ən əsas şərtdir.

Saglamolun.az bildirir ki, bu haqda tanınmış britaniyalı həkim Kris Stil ITV’s kanalının This Morning verlişində danışıb. Həkim immun sistemini möhkəmləndirmək üçün yalnız 3 bənddən olan planı təklif edib.

1. Bağırsaqların sağlamlığını qoruyun. Həkimin sözlərinə görə, immun sisteminin 70%-i məhz bağırsaqlarda yerləşir və immunitetin gücləndirməsi üçün bağırsaqların yaxşı işləməsi çox labüd dir.

Bunun üçün həkim müntəzəm olaraq təbii yoqurt (qatıq) yeməyii tövsiyə edib.

2. Prebiotikləri qəbul edin. Bu bağırsaqlarda faydalı bakteriyaların sayının artmasına kömək edir. Prebiotiklər (liflər) bağırsaqlarda həzm olunmur və burada yaşayan faydalı mikroorqanizmlərin çoxalmasını stimullaşdırır.

“Paxlalılar və banan yeyin. Bu faydalı bakteriyaların sayını artırmaq üçün ən nüfuzlu və təvazökar üsuldur”, - həkim qeyd edib.

3. D vitaminini qəbul edin. Bu vitamin dərimizdə gün şüalarının təsirindən sincəld olunur. Qış aylarından axır ra bir çox insanlarda bu vitaminin defisiti inkişaf edir.

“Koronavirusa görə risk qrupuna daxilsinizsə, D vitamini qəbul edin. Preparatın tərkibində D3 olmalıdır. Mən də onu hər gün qəbul edirəm”, - Kris Stil əlavə edib.

Stil həmçinin müntəzəm olaraq əlləri yumağı, sosial məsafə saxlamağı, evdən ciddi ehtiyac olmadıqda çıxmamağı və həmçinin hər gün bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edib.Peyk.Az Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Peyk.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun