Home Xarici Parlamentdə ŞOK: 18 deputat İSTEFA VERDİ

Parlamentdə ŞOK: 18 deputat İSTEFA VERDİ

196
0

İstefa verən deputatların hamısı İsfahanı təmsil edirdilər.

İran parlamentinin 18 deputatı İsfahandakı su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz olaraq istefa verib.

Bu barədə İsfahan şəhəri yaxınlığındakı Firidunşəhrdən millət vəkili seçilmiş Əkbər Türki məlumat verib.

O, istefa verən deputatların hamısının İsfahanı təmsil etdiklərini söyləyib.

İsfahanın digər deputatı Nasir Musəvi Lərgani də Prezident Həsən Ruhaninin su təchizatı məsələsinin həll olunacağı barədə həmyerlilərinə verdiyi vədə əməl etmədiyini və Zəyəndəh çayının qurumasına qarşı heç bir tədbir görülmədiyini vurğulayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here