Paşinyan erməni kilsəsinə xəbərdarlıq etdi

Paşinyan erməni kilsəsinə xəbərdarlıq etdi
https://www.peyk.az

“Ermənistan xalqı hökumətin Ümumerməni kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb, uyğun addımlar atacaq”.


Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Los-Anlelosda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin liberal siyasətini bəzi siyasi qüvvələr zəiflik kimi dəyərləndirir: “Bu səhv yanaşmadı. Bu hal artıq bəzi ruhani dairələrdə də müşahidə edilməkdədir. Bizim kilsənin daxili işlərinə müdaxil etməyəcəyimiz barədə dediklərimizi “kilsədəkilər” zəiflik kimi qiymətləndirir. Onlar çox sərt əks-zərbə alıb, birbaşa və dolayı olaraq diz çökəcəklər. Təkrar xəbərdarlıq edirəm, bizim təbəssümümüzü və hörmətimizi kimsə zəiflik hesab etməsin”. / Report