Paşinyan təşviş içində...- Media deputatlarla qapalı görüşün bəzi detallarını açıqladı..

“Ermənistanın baş nazirinə partiyasının 20 deputatının parlament fraksiyasını  tərk etmək istəməsi barədə şayiələr çata bilərdi”.

Paşinyan təşviş içində...- Media deputatlarla qapalı görüşün bəzi detallarını açıqladı..
https://peyk.az
Peyk.az xəbər verir ki, bunu işğalçı ölkəninn “Johovurd" qəzeti yazıb. 
 
Hakim "Mənim addımım" blokundan olan deputatlarla qapalı görüşdə Nikol Paşinyan qeyd edib ki, parlament üzvlərindən hansının Xalq Məclisində nə işlə məşğul olduğunu öyrənməyə çalışacaq. 
 
Media Paşinyanın iştirakı ilə "Vətəndaş razılaşması" idarə heyətinin qapalı iclasının gündəliyi barədə məlumat əldə edib. Nəşr fraksiyanı tərk etmək istəyən “Vətəndaş ittifaqı”nin 20 deputatının müəyyən bir siyahısı ilə bağlı informasiyalar yayıldığına diqqət çəkib. Çox ehtimal ki, bu cür söhbətlər Paşinyanın özünə çatıb və o, komandası ilə ciddi məşğul olmağa qərar verib. Fakt budur ki, indiyə qədər fraksiya rəhbəri Lilit Makunts və katib Akop Simidyan baş nazirə parlamentdəki vəziyyət barədə məlumat veriblər. Lakin çoxları onları lider kimi qəbul etmir. Paşinyanın deputatlarla şəxsən görüşmək qərarına gəlməsinin səbəbi də məhz budur. 
 
İclasda, demək olar ki, bütün fraksiya üzvləri iştirak ediblər. Paşinyan onlara görüşlərin daha tez-tez olacağını bildirib.