Paşinyanın komandasından daha bir məmur istefa verdi

David Ananyan istefasının səbəbini açıqlamayıb

Paşinyanın komandasından daha bir məmur istefa verdi

Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.

“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı qərarını ;“Facebook” səhifəsində elan edib. ;

“KİV-də yayılan çoxsaylı şayiələrin qarşısını almaq üçün Ermənistan baş nazirinə tutduğum vəzifədən azad edilməklə bağlı ;ərizə yazmışam”, - D.Ananyan bildirib.

O, bu vəzifədə iki ildən artıqdır fəaliyyət göstərirdi.

D.Ananyan istefasının səbəbini açıqlamayıb.