Paşinyanla ailəsi koronavirusa yoluxdu

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub. “Peyk.AZ” xəbər verir ki, bu barədə hökumət rəhbərinin özü feysbuk hesabında canlı

Paşinyanla ailəsi koronavirusa yoluxdu

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.

“Peyk.AZ” xəbər verir ki, bu barədə hökumət rəhbərinin özü feysbuk hesabında canlı yayımda məlumat verib. 

Paşinyan test nəticələrinin pozitiv çıxdığını açıqlayıb:

“Dünən məlum oldu ki, koronavirus infeksiyası üçün verdiyim test pozitiv olub. Heç bir simptomum yox idi, amma səfərə getməli olduğum üçün testdən keçməyə qərar verdim. Bütün ailə üzvlərinin test nəticələri müsbət çıxdı. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

O, işinə iqamətgahında davam edəcəyini qeyd edib.