Paytaxtın bir sıra küçə və prospektlərində işıqforlar işləmir

Paytaxtın bir sıra küçə və prospektlərində işıqforlar işləmir

Paytaxtın bir sıra küçə və prospektlərində işıqforlar işləmir

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Peyk.az sonxebere istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verib.

Hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.