Pekində fövqəladə vəziyyət elan olundu

Çində koronavirus epidemiyası ilə bağlı sərnişin avtobus və qatarlarının paytaxt Pekinə giriş-çıxışları qadağan edilib.

Pekində fövqəladə vəziyyət elan olundu
https://peyk.az

Peyk.az xəbər verir ki, proses bu gündən tətbiq edilir.

“Bütün ictimai nəqliyyat vasitələrinin paytaxta girişi dayandırıldı” – deyə hökumətin açıqlamasında bildirilir.

Bu arada, Çinin xüsusi statuslu bölgəsi Honkonqda 5 nəfərin koronavirusa yoluxmasından sonra fövqəladə vəziyyət elan edilib.