Pekində 600-dək reys təxirə salındı - SƏBƏB

Çinin iki iri beynəlxalq hava limanında 600-ə yaxın reys təxirə salınıb. Peyk.az xəbər verir ki, in məlumatına görə, leysan yağıntıları […]

Pekində 600-dək reys təxirə salındı - SƏBƏB

Çinin iki iri beynəlxalq hava limanında 600-ə yaxın reys təxirə salınıb.

Peyk.az xəbər verir ki, in məlumatına görə, leysan yağıntıları ilə əlaqədar paytaxt Pekinin Dasin hava limanında 246 reys ləğv edilib.

Cədvələ əsasən, hava limanı planlaşdırılan uçuşların yalnız 40 faizini həyata keçirə bilib. Daha 44 reys isə ləngiyib.

Şoudu hava limanında isə 349 reys ləğv edilib, 130 reys isə ləngiyib.

Pekində gün ərzində 80 millimetrədək yağıntının düşəcəyi gözlənilir. Bəzi rayonlarda bu göstərici 200 millimetri də keçə bilər.

www.Peyk.az