Pentaqon təsdiqlədi: “Qoşunları çıxarmaq fikrində deyilik”

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman ABŞ-ın qoşunlarını İraqdan çıxarmaq niyyətində olmadığını bildirib.

Pentaqon təsdiqlədi: “Qoşunları çıxarmaq fikrində deyilik”
https://peyk.az

Peyk.az xəbər verir ki, Conatan Hofman bu barədə açıqlamasında deyib:

“Hazırda İraqdan qoşunları çıxarmaq planımız yoxdur”. O qeyd edib ki, ABŞ suveren və firavan İraqın dostu və tərəfdaşı olmaq istəyir.

Yanvarın 10-da İraq ABŞ-ı xarici qoşunların İraq ərazisindən çıxarılması mexanizmlərini inkişaf etdirmək üçün nümayəndələr göndərməyə çağırıb. Dövlət Departamenti isə Vaşinqtonun İraqla ABŞ qoşunlarının çıxarılmasını müzakirə etmək niyyətində olmadığını bildirib