Home İdman Pep Qvardioladan irqçiliyə  cavab

Pep Qvardioladan irqçiliyə  cavab

146
0

“Mançester Siti”nin baş məqşçisi Pep Qvardiola Premyer Liqanın son turunda “Çelsi” ilə oyunda rəqib azarkeşlərin Rahim Sterlinqə qarşı irqçi şüarlar səsləndirməsinə münasibət bildirib.

Peyk.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis baş verənlərə görə utandığını deyib:
“İrqçilik təkcə futbolda deyil, dünyanın hər yerindədir. Daha yaxşı bir gələcək üçün hamımız birlikdə mübarizə aparmalıyıq. Dərin utanc hissi keçirirəm. “Çelsi” klubu məsələylə bağlı polisə çox kömək etdi. Buna görə də, onlara təşəkkür edirəm”.

 

47 yaşlı mütəxəssis mətbuatı da tənqid edib:

“Dünyada həqiqi güc siyasətçilərdə deyil, mətbuatdadır. İrqçiliyin günahkarlarından biri də mediadır. Sosial şəbəkələrdə hər kəs istədiyini deyir. Sterlinq sosial şəbəkələrdən aktiv istifadə edən biridir. Ona yazılanları düşünməməsini dedim. Hər yerdə irqçilik var. Bunun hələ də müzakirə olunması utancvericidir. O, möhtəşəm bir insandır. Dəri rənginə görə irqçi hərəkətlərdən təsirlənəcəyini düşünürsüz? Əsla elə olmayacaq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here