Peris Hiltonun xadiməlik etdiyi VİDEO gündəm oldu

Ölkə.az-a istinadən bildirir ki, o, hər cümə axşamı arxiv videolarını yenidən paylaşmağı ənənə halına çevirib. Bu dəfə də Hilton evində təmizlik edərkən çəkilən videosunu paylaşıb.

Gözəlliyi ilə hər zaman diqət çəkən model  videonu "İnstagram səhifəsində pərəstişkarlarının ixtiyarına buraxıb. Əyləncəli video görüntü izləyicilər tərəfindən çox bəyənilib.

Qeyd edək ki, 11 milyon izləyicisi olan 34 yaşlı Peris Hiltonun paylaşdığı video yarım saat ərzində 95 min dəfə izlənilib.