PKK-çılar Lavrovla görüşdü — Türkiyədən sərt reaksiya

"Ölkə.Az" bildirir ki, İlham Əhmədlə Əsəd rejiminə bağlı Xalqın İradəsi Partiyasının lideri Qədri Cəmil arasında Moskvada siyasi anlaşma imzalanıb.

PKK-çılar Lavrovla görüşdü — Türkiyədən sərt reaksiya

Q.Cəmil terror təşkilatı ilə imzalanan anlaşmada Suriya böhranın həlli istiqamətində vacib maddələrin yer aldığını bildirib.

Daha sonra qonaqlar Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb.

Görüşdə Suriya böhranının həlli yolları, humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə etiraz bəyanatı yayıb:

“PKK/YPG-nin rəhbərliyi altında qondarma Suriya Demokratik Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin Rusiyaya dəvət olunmasından və yüksək səviyyəli rəsmiləri tərəfindən qəbul edilməsindən narahatıq.

PKK/YPG Suriyada yerli xalqa zülm edən, ölkənin ərazi bütövlüyünə qəsd edən, başda Türkiyə olmaqla, qonşu dövlətlərə təhlükə yaradan terror təşkilatıdır. Rusiyadan Astana formatındakı görüşlərdə verilən öhdəliklərə uyğun hərəkət etmələrini gözləyirik”.publika.az