Home Şou-Biznes “Plastik əməmliyyat etdirən ilklərdənəm” — Könül Kərimova

“Plastik əməmliyyat etdirən ilklərdənəm” — Könül Kərimova

214
0

“Çox kaprizlərim var. heç kim məni yuxudan oyatmağa cürət etməz. Hətta harasa geciksəm belə, bunu kimsə etməyəcək. Yeganə paxıllıq etdiyim insanlar səhər tezdən oyana bilənlərdir”.
PEYK.Az azbeber-ə istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Könül Kərimova “Şou məkan” verilişinə açıqlamasında deyib. Müğənni kaprizlərindən danışıb.

Kərimova sosial şəbəkədə ona ünvanlanan plastik əməmliyyat etdirməsi ilə bağlı sualları cavablandırıb:

“Plastik əməmliyyat etdirən ilklərdənəm. Artistlik edib, danmaq olmaz. Ən azından ailəmdən utanaram. Yox, gecə yatdım, səhər durdum ki, gözəlləşmişəm. Gözəllik ondur, doqquzu dondur. Saç rəngim dəyişib, makiyajımı illərdir özüm edirəm. Sosial şəbəkədə bu haqda mənə yazanları oxumuram. Hətta qadağa qoymuşam ki, kimsə oxuyub mənə desin.
Üzdə elə şeylər var ki, bunu etdirməliyik. İlk əməmliyyatımı Gürcüstanda 25 il əvvəl etdirmişdim. Adi insanlar müğənnilərdən çox edir.

Guya mənim üzümdə dolğu var. Yox, sadəcə, kilo almışam. Bədənimdə geyimlə gizlədirəm kilolarımı. Üzdə isə gizlədə bilmirəm və dolğu kimi alınır. Ehtiyac olsa belə üzümə dolğu etdirmərəm”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here