Polisdən təqdirəlayiq addım — VİDEO

"Ölkə.Az" xəbər verir ki, məlum olduğu kimi, sərt karantin rejimi ilə əlaqədar iki gün müddətində vətəndaşların yaşayış yerlərindən çıxmaları qadağandır.

Polisdən təqdirəlayiq addım — VİDEO

Bu günlərdə vətəndaşlardan biri polisə müraciət edərək hamilə olan həyat yoldaşının təcili xəstəxanaya çatdırılmalı olduğunu deyib.

Xətai rayonu üzrə xidmət aparan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları vətəndaşa kömək edərək onları dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Qadın xəstəxanada doğum edib. Ananın və körpənin vəziyyəti yaxşıdır.

Göstərilən köməyə görə vətəndaş DİN-nin xidməti vəzifəsini yerinə yetirən əməkdaşlarına təşəkkür edib. oxu.az

Həmin görüntüləri təqdim edirik: