Polşalı futbolçu: Azərbaycanda tribunada bir ovuc azarkeş görünürdü

“Həm “Legiya”, həm də “Qarabağ”da çıxış edərkən azarkeşsiz oyunlarımız olub”.

Polşalı futbolçu: Azərbaycanda tribunada bir ovuc azarkeş görünürdü

“Həm “Legiya”, həm də “Qarabağ”da çıxış edərkən azarkeşsiz oyunlarımız olub”.

“Report”un məlumatına görə, bunu Polşanın “Visla” (Plotsk) klubunun futbolçusu Yakub Jezniçak “Pilkanozna”ya müsahibəsində çempionat oyunlarında azarkeşlərin 25 faizinin stadionda yer almasına dair qərara ;münasibət bildirərkən deyib.

34 yaşlı müdafiəçi Azərbaycanda keçirdiyi oyunları xatırladıb. O, matçlarda çox az azarkeşin olduğunu söyləyib: “Azərbaycanda görüşlər olub ki, tribunlarda bir ovuc tamaşaçı görünürdü, buna görə də öyrəşdim. Ancaq bir çox oyunçu üçün bu, yeni olacaq. Başqa bir şey odur ki, bəzi stadionlara az fanat gəlirdi, buna görə də çox fərq olmayacaq”.

Polşa millisinin sabiq futbolçusu “Legiya” ilə 5, “Qarabağ”da 2 dəfə ölkə çempionluğu yaşaması səbəbindən ;məmnun olduğunu vurğulayıb. “Belə bir söz var: İstedaddan daha çox nəticə. Həyat mənə çox şey verdi, buna görə minnətdaram. Çox işləmək və bir az şans istedaddan daha vacibdir"

Qeyd edək ki, ;Yakub Jezniçak 2017 - 2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. O, Ağdam təmsilçisi ilə iki dəfə ölkə çempionu olmaqla yanaşı, Çempionlar Liqasının qrupunda da iştirak edib. ;