Poqba Fransa millisindən ayrılmasını yalanladı: “İslam sülh, sevgi dinidir və hörmət edilməlidir” - FOTO

“Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağı ilə bağlı xəbəri yalanlayıb. O, “Instagram” hesabında “The Sun” nəşrinin xəbərini paylaşaraq (əslində, britaniyalılar da bu xəbəri ərəb saytına istinadən yayıb - S.M.), bunu “feyk” adlandırıb: “Beləliklə, “The Sun” bunu təkrarladı......

Poqba Fransa millisindən ayrılmasını yalanladı: “İslam sülh, sevgi dinidir və hörmət edilməlidir” - FOTO

“Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağı ilə bağlı xəbəri yalanlayıb.

O, “Instagram” hesabında “The Sun” nəşrinin xəbərini paylaşaraq (əslində, britaniyalılar da bu xəbəri ərəb saytına istinadən yayıb - S.M.), bunu “feyk” adlandırıb:

“Beləliklə, “The Sun” bunu təkrarladı... Haqqımda tam 100 faiz əsassız xəbərlər dolaşır, heç söyləmədiyim və düşünmədiyim şeylər yazılır. Bəzi “media” mənbələri məni dəhşətə gətirir, qəzəbləndirir, şoka salır və əsəbiləşdirir, məni xəbər başlıqlarına çıxararaq, dinimi və Fransa millisini Fransadakı hadisələrin həssas mövzusuna alət edirlər.

Mən hər cür terrora və şiddətə qarşıyam. Mənim dinim sülh və sevgidir və hörmət edilməlidir. Təəssüf ki, bəzi mətbuat adamları xəbər yazarkən məsuliyyətlə davranmırlar, mətbuat azadlığından sui-istifadə edərək, yazdıqlarının doğruluğunu yoxlamırlar, düşünmədən dedi-qodu yaradırlar, insanların həyatına və mənim həyatıma təsir edirlər.

Bu 100 faiz saxta xəbərləri nəşr edib yayanlara qarşı qanuni tədbirlər görürəm. “The Sun”a səslənirəm: sizlərdən bəziləriniz, yəqin ki, məktəbə getmişdiniz və müəlliminizin həmişə mənbələrinizi necə yoxlayın dediyini xatırlayacaqsınız, əmin olmadan yazmayın. Amma deyəsən, bunu təkrar etdiniz və bu dəfə çox ciddi bir mövzuda. Ayıb olsun sizə!”

Qeyd edək ki, Fransa Prezidenti Emanuel Makron 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra İslam dininə qarşı müəyyən fikirlər səsləndirib və bu, birmənalı qarşılanmayıb. Bundan sonra müsəlman olan Pol Poqbanın Makrona görə Fransa millisindən ayrılacağına dair xəbərlər yayılıb.

So The Sun did it again... absolutely 100% unfounded news about me are going around, stating things I have never said or thought. I am appalled, angry, shocked and frustrated some “media” sources use me to make total fake headlines in the sensible subject of French current events and adding my religion and the French National Team to the pot. I am against any and all forms of terror and violence. My religion is one of peace and love and must be respected. Unfortunately, some press people don’t act responsibly when writing the news, abusing their press freedom, not verifying if what they write/reproduce is true, creating a gossip chain without caring it affects people’s lives and my life. I am taking legal action against the publishers and spreaders of these 100% Fake News. In a quick shout out to The Sun, who normally could not care less: some of you guys probably went to school and will remember how your teacher said to always check your sources, don’t write without making sure. But hey, seems you did it again and on a very serious topic this time, shame on you! #fakenews #AllezLesBleus @equipedefrance

A post shared by Paul Labile Pogba (@paulpogba) on Oct 26, 2020 at 5:20am PDT

Səbuhi Musayev