"Poqbanın sevgiyə ehtiyacı var"

"Mançester Yunayted"in sabiq futbolçusu Antonio Valensiya komandanın hazırkı oyunçusu Pol Poqba haqda danışıb.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, zədə səbəbindən 14 matçdır oynamayam fransalı yarımmüdafiəçinin yenidən əvvəlki formasına qayıda biləcəyini deyib:

"Poqba bir ulduzdur. Onun nəyə ehtiyacı var, bilirsinizmi? -Sevgiyə. Poqbanın "Real"a gedəcəyi haqda şayiələr eşidirəm. Amma o, əsla belə bir şey söyləməyib".