Prezident Ərdoğandan "Viza" açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı ilə birgə mətbuat konfransı keçirib.

Prezident Ərdoğandan
https://peyk.az

Peyk.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, görüşdə viza ilə bağlı müjdəli xəbər verib. Ərdoğan Əlcəzairli həmkarı Abdulmecid Tebbun ilə ortaq bir açıqlama edib:

“15 yaşdan aşağı və 65 yaşdan yuxarı Əlcəzair vətəndaşları üçün vizanı qaldırdıq”.

Türkiyə prezidenti görüşdə regional problemlərdən də danışdı:

“Liviyadakı hadisələr Əlcəzairə birbaşa təsir edir. Əlcəzairin immiqrasiya və təhlükəsizlik baxımından qarşılaşdığı problemlərdən xəbərdarıq. Böhran başlayandan bəri Liviyada hərbi həll əldə edilməyəcəyini iddia edirik. Liviyada atəşkəsin qurulması və dialoq üçün bölgə ölkələri və beynəlxalq aktyorlarla sıx təmaslarımız var. Bu çərçivədə ortaq olaraq atacağımız addımlara diqqət etdik. Əlcəzairin Berlin prosesinə daxil olmasından məmnunuq. Əlcəzairin Liviyada sabitliyin təmin olunmasında konstruktiv töhfələr verəcəyinə şübhə yoxdur. Liviyada axan qanı dayandırmaq üçün səylərimizi davam etdirəcəyik. Liviyanın terror təşkilatları və müharibə baronlarının oyun meydançasına çevrilməsinə icazə verilməməlidir. Təcavüzkar tərəfi mükafatlandırmaq, barış tərəfdarlarını cəzalandırmaq Liviyanın fəlakəti olacaq. Təəssüf ki, beynəlxalq ictimaiyyət nə Liviyada, nə də Suriyada yaxşı sınaqdan keçə bilmədi. Türkiyə olaraq əlimizdəki imkanlarla Liviyalı qardaşlarımızın yanında olacağıq”.