Prezident geyimi ilə ŞOKA SALDI - Foto

Ukrayna prezidenti Vladimir Zelenski Oçakovda hərbçilər və dənizçilərlə görüşündə geyindiyi geyimlə diqqət çəkib.

Prezident geyimi ilə ŞOKA SALDI - Foto
https://peyk.az

Prezidentin geyimi “Facebook”da könüllü Roman Donikin paylaşımından sonra müzakirə obyektinə çevrilib. Belə ki, Zelenskinin əynində şevronunda kəllə təsviri olan geyim olub. Məlumata görə, həmin geyim Zelenskiyə Luqansk əyalətinə işgüzar səfəri zamanı hədiyyə edilib.

“Zelenski nə edirsə, həm gülməli, həm də kədərli alınır”, - deyə Donik yazıb.

Qeyd edək ki, üzərində kəllə və “Ukrayna, ya da ölüm” yazısı olan şəkil Ukrayna Hərbi Qüvvələrinin 72-ci ayrıca mexanikləşdirilmiş briqadasının şevronunda olur.