Home Xarici Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

151
0

Meksika prezidenti Andres Manuel Lopes Obrador maaşının bir hissəsini dövlət büdcəsinə geri qaytarıb. PEYK.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 76 min peso (3,8 min dollar) alan ölkə başçısı onun 22,3 minini (1,1 min dollar) büdcəyə verib. Lopes Obradorun sözlərinə görə, o, maaşını dövlət başçısının məvacibinin azaldılmasını nəzərdə tutmayan köhnə qanunvericiliyə əsasən alıb:

“Mənə maaşı çox vermişdilər. Yeni iqtisadiyyat planına əsasən, 53,846.30 peso almalıyam. Bu səbəbədən 22,313.29 pesonu qaytardım”.

Prezident məmurları da onun kimi addım atmağa və maaşlarının artığını qaytarmağa çağırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here