Prezident tapşırığı: Bank faizləri azaldılır...

2020-ci ilin iyul ayınadək Mərkəzi Bank bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görəcək.

Prezident tapşırığı: Bank faizləri azaldılır...
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Bununla yanaşı, ilin sonunadək Mərkəzi Banka İqtisadiyyat və Maliyyə nazirlikləri ilə birgə bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.