“Prezidentimiz maskadan istifadə edirsə, biz niyə qaydalara əməl etməyək?” -Mənsum İbrahimovdan ÇAĞIRIŞ

“Prezidentimiz maskadan istifadə edirsə, biz niyə qoyulan qaydalara əməl etməyək, qulaqardına vuraq? Tətbiq olunan qaydalar xalqımızın sağlamlığı üçündür, bunu hər birimiz bilməliyik”.

Peyk.az-a açıqlama verən xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov tibbi maskadan istifadə etməyən, sosial izolyasiya və karantin qaydalarını pozan insanlara çağırış edib.

Xanəndə belə getsə, vəziyyətin daha da acınacaqlı olacağını bildirib:

“Bəziləri bu virusa insanmır, amma çox nahaq. Gəncədən çox ziyalı bir dostum dünən ağır vəziyyətdə Bakıya – modul tipli xəstəxanaya gətirilib. Özüm də əlaqə saxladım, telefonda çox çətinliklə danışırdı. Dünəndən özümə gələ bilmirəm. Belə getsə, vəziyyət acınacaqlı olacaq. Xəstə, yaşlı insanlar, uşaqlar var. Elə xəstə var, beş-on il ömrü qalıbsa, niyə qısaldaq? Yaxud da yaşlı insanlarımızı niyə qorumayaq? Eləcə də, gələcəyimiz olan uşaqlarımızı. Hər birimiz qaydalara əməl etməliyik ki, bu ağır durumdan çıxa bilək. Baxırsan marketlərə, məsafə gözlənilmir. Heç kim bu ağır virusa yoluxmaqdan sığortalanmayıb. Prezidentimiz maskadan istifadə edirsə, biz niyə qulaqardına vuraq? Tətbiq olunan qaydalar xalqımızın sağlamlığı üçündür. Mən elə saytınız vasitəsi ilə insanlara çağırış etmək istəyirəm. Hamılıqla tibbi qaydalara riayət etməliyik ki, normal həyatımıza qayıdaq, təbiətimizin gözəlliyindən zövq alaq”.

Cəvahir

www.peyk.az