Prezidentin başçı təyin etdiyi gənc Eldar Əzizovun kürəkənidir - DOSYE

Prezidentin başçı təyin etdiyi gənc Eldar Əzizovun kürəkənidir - DOSYE

Prezidentin başçı təyin etdiyi gənc Eldar Əzizovun kürəkənidir - DOSYE

O, 2011-ci ildən bugünkü təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb

Bu gün Prezident İlham Əliyevin sərəncaml ilə Anar Tağıyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tağıyev Anar Aqil oğlu - 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunub.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, A.Tağıyev 2011-ci ildən bugünkü təyinata qədər Nəsimi rayon icra başçısının müavini vəzifəsində çalışıb.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.