Home İdman Prosineçkidən yeni xəbər

Prosineçkidən yeni xəbər

158
0

Bağırsaq problemi səbəbindən bir neçə gün öncə ikinci dəfə qarın boşlğundan əməliyyat olunan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçkinin vəziyyəti yaxşılaşır.

PEYK.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssisin sabah reanimasiya şöbəsindən çıxarılacağı gözlənilir. Həkimlərin sözlərinə görə, əgər məşqçinin durumu gözlənilən kimi olsa, o, palataya köçürüləcək.

Hazırda Sarayevodakı xəstəxanalardan birində olan xorvatiyalı çalışdırıcının ölkəsinə qayıtmaq istədiyi bildirilir. Onun müalicəsini Zaqebdə davam etdirəcəyi istisna olunmur. Ancaq yenə də hər şey həkimlərin verəcəyi rəydən asılı olacaq.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here