Pərəstişkarlarından türkiyəli aktrisaya qeyri-adi hədiyyə — FOTO

Türkiyəli aktrisa Bergüzar Korelə pərəstişkarları onun adını daşıyan kitabxana hədiyyə ediblər.

Pərəstişkarlarından türkiyəli aktrisaya qeyri-adi hədiyyə — FOTO

Aktrisanın pərəstişkarları hər il həyata keçirdikləri məsuliyyət proqramına uyğun olaraq belə jest ediblər.

Ötən il sənətçinin ad gününə Afrikada su quyusu, bəzi dərnəklərə maddi yardım və xatirə meşəsi hədiyyə edən sevənləri bu il Şırnakda orta məktəbdə kitabxana tikiblər.

Bu barədə Korel “Instagram” hesabından məlumat verərək, sevənlərinə təşəkkür edib və onlara sevgi dolu sözlər ünvanlayıb.