Pərvin Abıyeva: Xalam qızı Dubaya gəzməyə getdi, qayıtmadı

"Ölkə.Az" xəbər verir ki, Abıyeva ARB-nin "Söhbət var" proqramında xalası qızı ilə bağlı maraqlı açıqlama edib:

Pərvin Abıyeva: Xalam qızı Dubaya gəzməyə getdi, qayıtmadı

"Xalam qızı ərəblə ailəlidir. Dubayda, yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır. Xalam qızının qəribə xasiyyəti var idi, hara gedirdi, orada qalırdı. Anam ömürboyu onu axtarıb. Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harda qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb".

"Ölkə.Az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişinə müsahibəsində bəstəkar-müğənni Ramal İsrafilov söyləyib.

Sənətçi ondan bəstə istəyən həmkarlarının tələskənliyindən gileylənib:

“Əgər adımı tənbəl qoyublarsa, narazılıq edirlərsə, onlara səslənirəm: hamınızla çalışmaq istəyirəm. Əlbəttə sevdiyim sənətçilər var. Səbrli olsanız, mahnımı oxumaq istəyirsinizsə, o zaman gözləyəcəksiniz. Hansı tədbirə gedirəmsə, deyirlər ki, mahnı nə oldu? Mahnı bir aya ərsəyə gəlir. Bəs, mən neyləyim? Onda gərək nə öz işimə, nə şəxsi həyatıma vaxt ayırım. Normal bir iş üçün bir il vaxt tələb olunur”.

"Ölkə.Az" xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.