Home İdman “PSJ-ni izləməyi çox sevirəm” – “Mançester Siti”nin futbolçusu

“PSJ-ni izləməyi çox sevirəm” – “Mançester Siti”nin futbolçusu

124
0

“Mançester Siti”nin ingiltərəli futbolçusu Rahim Sterlinq maraqlı açıqlama verib.

PEYK.AZ komanda.az-a istinadən xəbər verir ki, “Times”a danışan 23 yaşlı hücumçu, PSJ-nin oyununu çox sevdiyni deyib:

“PSJ-ni izləməyi çox sevirəm. Neymarın topla hərəkəti fantastikdir. Topu itirsə belə, dayanmır. Onda qazanmaq mentaliteti var. Bu komandanı izləməyi çox sevirəm”.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola haqqında da danışan futbolçu, “Qvardiola deyir ki, dünyanın ən yaxşı komandasında yer almaq istəyirsizsə, bunu hər həftə göstərməyiniz lazımdır. Hər bir turnirdə hədəfimiz qazanmaqdır. Qvardiola hər zaman doğru qərarı verməyimdə mənə kömək edir” deyib.

“Şəhərlilər”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan hücumçu, bu mövsüm 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here