PSJ Silva ilə bağlı qərar verdi

Fransanın “Pari Sen-Jermen” futbol klubu braziliyalı müdafiəçisi Tyaqo Silva ilə müqaviləni uzatmayacaq. “Peyk.AZ” bildirir ki, bu barədə “L

PSJ Silva ilə bağlı qərar verdi

Fransanın “Pari Sen-Jermen” futbol klubu braziliyalı müdafiəçisi Tyaqo Silva ilə müqaviləni uzatmayacaq. “Peyk.AZ” bildirir ki, bu barədə “L'Equipe” nəşri xəbər verib.

Mənbənin məlumatına görə, PSJ-nin idman direktoru Leonardo 35 yaşlı braziliyalı ilə telefon danışığı zamanı klubun onunla bu ilin 30 iyul tarixində bitəcək müqaviləni uzatmayacağı barədə qərarı haqda bildirib. Müqavilə bu ilin 30 iyul tarixində bitəcək.

Qeyd edək ki, Silva PSJ-də 2012-ci ildən çıxış edir.