Putinə maraqlı təklif: Vitse-prezident postu yaradılsın!

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyada vitse-prezident postunun yaradılmasını təklif edib.

Putinə maraqlı təklif: Vitse-prezident postu yaradılsın!
https://peyk.az

Peyk.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında yazıb.

Onun fikrincə, bu, Rusiya prezidentinin işlərini azaldacaq.

"Bu gün idarəetmə funksiyasının prezident və onun müavini - vitse-prezident arasında bölünməsi imkanları olduğu halda, ölkə başçısının çiyinlərində böyük öhdəlilklər var", - deyə Jirinovski qeyd edib.

Daha əvvəl isə V.Jirinovski Rusiya prezidentinin 6 illik prezidentlik səlahiyyətlərinin 5 ilə qədər azaldılmasını təklif etmişdi.