Putin Ər-Riyada səfər edəcək

Putin Ər-Riyada səfər edəcək
https://www.peyk.az

Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Raid Xaled Krimli bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ər-Riyada səfəri yaxın iki həftə ərzində baş tutacaq.

Teleqraf.com xəbər verir ki, səfir keçirdiyi mətbuat konfransında deyib:

“Biz Rusiya liderinin Ər-Riyada ikinci səfərini səbirsizliklə gözləyirik”.

Səfir əlavə edib ki, hazırda səfərlə bağlı aktiv hazırlıq işləri aparılır.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Rusiya Prezidenti Vladimir Putinin Ər-Riyad səfərinə hazırlıq məsələlərini müzakirə etmişdilər.