Putin Həbib Nurməhəmmədovu təbrik etdi

“Rusiya Prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovu növbəti qələbəsi münasibətilə təbrik edib”. “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. Dmitri Peskov həmçinin rusiyalı döyüşçünün karyerasını bitirdiyini açıqlamasına da münasibət bildirib: “Biz onun qələbəsinə...

Putin Həbib Nurməhəmmədovu təbrik etdi

“Rusiya Prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovu növbəti qələbəsi münasibətilə təbrik edib”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Dmitri Peskov həmçinin rusiyalı döyüşçünün karyerasını bitirdiyini açıqlamasına da münasibət bildirib:

“Biz onun qələbəsinə şadıq və bu münasibətlə onu təbrik edirik. Qalan hər şey isə onun seçimidir”.

Xatırladaq ki, Castin Qetji üzərində qələbədən sonra Həbib Nurməhəmmədov karyerasını başa çatdırdığını açıqlayıb.