Home Siyasət Putin: “Qaşıqçı öldürülüb, Skripalsa sağdır”

Putin: “Qaşıqçı öldürülüb, Skripalsa sağdır”

154
0

Qərb Rusiya kəşfiyyatçısı Sergey Skripalla bağlı insidentdən Rusiyanın inkişafını dayandırmaq üçün istifadə edib.

PEYK.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.
Rusiya liderinin iddiasına görə, Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətli Qərbdə Skripal qədər mənfi reaksiya doğurmayıb: “Qərb dövlətləri, onsuz da, Rusiyaya hücum etmək üçün bir bəhanə axtarırlar. Qaçıqçı öldürülüb, bunu hamı qəbul edir. Lakin hər hansı səs-səda da yoxdur.
Skripalsa, Tanrıya şükürlər olsun ki, hələ sağdır. Lakin Rusiyaya qarşı bir yığın sanksiya tətbiq olunur. Bu, tamamilə siyasiləşdirilmiş rusofob yanaşmadır. Əgər, Skripal olmasaydı da mənə görə nəsə tapacaqdılar. Məqsəd isə aydındır, ciddi bir rəqib olaraq, Rusiyanın inkişafını durdurmaq”.

Maraqlıdır ki, Rusiya prezidenti ilk dəfə olaraq, Sergey Skripalın öz ölkəsinin xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi iddiasını rəsmən inkar etməyib.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here