Putin Quba dağ yəhudisini təltif etdi – Foto

Rusiya Prezidenti Vladimir Putinin noyabrın 21-də Kremldə müxtəlif sahələrdə əldə etdiyi mühüm nailiyyətlərə görə dövlət mükafatları ilə təltif etdiyi şəxslər sırasında STMEGI fondunun prezidenti German Zaxaryayev də var.

Putin Quba dağ yəhudisini təltif etdi – Foto
https://peyk.az

Peyk.az xəbər verir ki, G.Zaxaryayev Rusiyanın ali dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunub.

““STMEGI” dağ yəhudilərinin dəstəklənməsi regional xeyriyyə ictimai fondunun prezidenti Zaxaryaev German Raşbiloviç “Dostluq” ordeni ilə təltif edilsin”, – deyə Rusiyanın rəsmi dövlət hüquq informasiya portalında məlumat verilib.

“Böyük Qələbənin əhəmiyyətini yeni zirvəyə qaldıran bir insanın əlindən bu yüksək mükafatı almaq mənim üçün böyük şərəf idi! Bu orden təkcə mənim əməyimin tanınması deyil, həm də ailəmin, yəhudi icmasının və bütün yəhudi xalqının Qırmızı Ordu əsgərinin qəhrəmanlığının xatirəsinin qorunub saxlanmasına verdiyi töhfənin tanınmasıdır!”, – deyə G.Zaxaryayev bildirib.

German Zaxaryayev 7 iyul 1971-ci ildə Azərbaycanın Quba rayonunda, Qırmızı Qəsəbədə dünyaya gəlib. Tanınmış iş adamı, ictimai xadim və xeyriyyəçidir. Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, STMEGI dağ yəhudilərinin dəstəklənməsi regional xeyriyyə ictimai fondunun prezidentidir.