Putin və Ərdoğan açılışa qatılacaq - Kreml açıqladı

Rəsmi Kreml Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfəri zamanı “Türk Axını” təbii qaz boru xəttinin açılış mərasimində iştirak edəcəyini açıqlayıb.

Putin və Ərdoğan açılışa qatılacaq - Kreml açıqladı
https://peyk.az

Peyk.az xəbər verir ki, prezidentin köməkçisi Dmitri Peskov səfərin 2020-ci il yanvar ayının birinci yarısında baş tutacağını söyləyib.

"Putin və Ərdoğanın son zamanlar telefon danışıqları zamanı yanvarın əvvəlində “Türk Axını” layihəsinin açılışını birlikdə etmək barədə
niyyətlərini bildirdilər", - deyə Peskov bildirib.