Putin vədinə əməl etdi: Trampa, Makrona, Consona və Si Çinpinə məktub yazdı

Rusiya lideri Vladimir Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin rəhbərlərinə məktub göndərərək zirvə görüşü keçirilməsini təklif edib.

Putin vədinə əməl etdi: Trampa, Makrona, Consona və Si Çinpinə məktub yazdı
https://peyk.az

Peyk.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov faktı təqsdiq edib.

O, Moskvada jurnalistlərlə söhbəti zamanı deyib ki, Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, İngiltərə, Çin və Fransa liderlərinə məktub göndərib.

Məktubda bu ölkələrin rəhbərləri ilə görüş keçirilməsi təklif edilir.

Peskov əlavə edib ki, Putin üçün görüş və onun tarixi yox, liderlərin bir araya gəlməsi əhəmiyyətlidir.

Xatırladaq ki, Prezident Putin Federal Məclisdə çıxışı zamanı nüvə silahına sahib olan ABŞ, İngiltərə, Fransa, Çin və Rusiyanın insanları qoruması və yaşaması üçün məsuliyyət daşıdığını qeyd etmişdi.

Putinə görə, bu ölkələr qlobal müharibələrin səbəblərini ortadan qaldırmaq üçün addımlaar atmalıdır.