Putin "valideynlərin nömrələnməsinə" qarşı çıxdı – “Bu, heç vaxt olmayacaq!”

Rusiya prazidenti Vladimir Putin Fransada başlayan və Aropada gündəmə gələn “valideynlərin nömrələnməsi” məsələsi ilə bağlı sərt açılqma verib.

Putin
https://peyk.az

Peyk.az Rusiya mediasına istinadən xəbər verir ki, eynicinsli şəxslərin övladlığa uşaq götürməsi səbəbi ilə Fransada gündəmə gələn “valideynlərin nömrələnməsi” təcrübəsinin Rusiyada təkrarlanmayacağını bildirib. Ailənin təməlində ata və ananın dayandığını bildirən Putin, valideynlərin nömrələnməsinin rus xalqının ailə dəyərlərinə yad olduğunu, bunun ailə institutunu məhv edə biləcəyini vurğulayıb.

 O, vurğulayıb ki, prezident olduğu müddətdə Rusiyada belə bir addımın atılmasına imkan verməyəcək.

 Qeyd edək ki, Putinin bu açıqlaması Rusiyada böyük əks-səda doğurub və insanlar tərəfindən alqışla qarşılanıb. Rusiyanın tanınmış ziyalıları, sosioloqları Putinin bu yanaşmasının Rusiya cəmiyyətinin bu günü və sabahı baxımından təqdiredici olduğunu bildirib.

 Xatırladaq ki, Fransada eynicinsli şəslər övladlığa uşaq götürən zaman onlar “1 nömrəli” və “2 nömrəli” valideynlər kimi qeydiyyata alınır.