Putinin nümayəndəsi ilə Əsəd arasında – Kritik görüş

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin başçılıq etdiyi nümayəndə heyəti Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Putinin nümayəndəsi ilə Əsəd arasında – Kritik görüş
https://peyk.az

Peyk.az xəbər verir ki, Dəməşqdə baş tutan görüşdə Hələb və İdlibdə terrorçuların hücumları və Suriya ordusunun əməliyyatları barədə müzakirə aparılıb.

Əsəd və rusiyalı rəsmilər Suriyada terrorçular təmizlənənə qədər mübarizə aparılmasının vacibliyini vurğulayıblar.

Eləcə də Suriya məsələsinin siyasi yolla həllinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xarici müdaxilə pislənilib.

Rusiya Xarici İşlər Nazirliyini görüşlə bağlı yaydığı açıqlamada tərəflərin Suriyadakı vəziyyət, insan haqları və siyasi həll yolu barədə müzakirə etdiyi bildirilib.