Putinin Türkiyəyə səfərinin vaxtı BİLİNDİ

Rusiya lideri Vladimir Putin 2020-ci ilin yanvar ayının 8-də Türkiyəyə rəsmi səfər edəcək. 

Putinin Türkiyəyə səfərinin vaxtı BİLİNDİ
https://peyk.az

Peyk.az-ın məlumatına görə, Putin türkiyəli həmkarı Ərdoğanla "TürkAkım" təbii qaz boru xəttinin layihəsinin işlərinə start vermək üçün bu səfəri həyata keçirəcək. Məsələ ilə bağlı açıqlamanı Dmitri Peskov verib. O, bildirib ki, Putin və Ərdoğan 8 yanvar tarixində İstanbulda "TürkAkım" təbii qaz boru xəttinin açılışında iştirak edəcək.
Qeyd edək ki, sözügedən layihə Rusiyadan başlayır və Qara dənizdən keçərək Türkiyəyə qaz nəql edəcək.