Home Kriminal Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

182
0

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Peyk.az  “Milli.az” -a istinadən verdiyi xəbərə görə, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here