Qəzada ölən Kobi həyat yoldaşı ilə razılaşıbmış - İlk açıqlama

Əfsanəvi basketbolçu Kobi Brayantın helikopetr qəzasında qızı Cianna ilə birlikdə həlak olmasından sonra həyat yoldaşı Vanessa ilk dəfə açıqlama yayıb.

Qəzada ölən Kobi həyat yoldaşı ilə razılaşıbmış - İlk açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, Vanessa sosial şəbəkədə paylaşım edərək, insanları qəzadan zərər görənlərin ailəsinə dəstək olmağa çağırıb:

“Qızlarım və mən bu çətin dövrdə bizə dəstək olan və sevgisini göstərən milyonlarla insana təşəkkür edirik. Dualarınız üçün minnətdarıq. Sevgi dolu həyat yoldaşım Kobi və şirin qızım Ciannanın ani ölümü ilə yıxıldıq. Hazırda kədərimizi ifadə edəcək söz yoxdur. Kobi və Ciannanın nə qədər çox sevildiklərini görəndə az da olsa, təsəlli tapıram. Bizə dəstək olduğunuz üçün Kobi, Qiqi (Cianna), Natalya, Byanka, Kapri və mən hər birinizə bir daha təşəkkür edirəm”.

“Pipl” jurnalı Vanessanın Kobi ilə aralarında eyni hava nəqliyyatından istifadə etməməklə bağlı razılaşma olduğunu yazıb.

Qeyd edək ki, 26 yanvarda dünyanın və NBA tarixinin ən yaxşı basketbolçularından hesab olunan Kobi Brayant helikopter qəzasında həlak olub. Qəzada həmçinin Kobinin qızı Cianna və helikopterdəki 7 nəfər də dünyasını dəyişib.