Home Xarici Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100-ü ötüb –...

Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100-ü ötüb – YENİLƏNİB

278
0

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda xəsarət alan fələstinlilərin sayı 100 nəfəri ötüb.

PEYK.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin mətbuat xidmətinin nümayəndəsi Erab əl-Fukah məlumat yayıb.

“İsrailin hərbi qulluqçuları ilə toqquşmalarda yaralananların sayı 101nəfərdir”, – deyə Erab əl-Fukah bildirib.

Onun sözlərinə görə, 14 döyüş gülləsindən, 7 nəfər rezin gülləsindən, 11 nəfər qaz bombası zərbəsindən, digərləri qazdan xəsarət alıblar.

Daha əvvəl 12 nəfərin yaralandığı bildirilirdi.

Qəzza zolağında İsrail hərbçilərilə toqquşmalarda azı 12 fələstinli xəsarət alıb.

PEYK.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

Onun sözlərinə görə, bir uşaq güllə yarası alıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here